A N T G R O U P
visit our location:
Yusif Vəzir Çəmənzəminli 121, Bakı, Azərbaycan
Opening Hours:
Həftə içi 5. gün / 09:00 - 19:00
Send us mail
mail@ant.az
Phone Number
+99455 211 22 82
Təmir hesablayıcı

Rəhbərliyin müraciəti

ANT Şirkətlər Qrupunun Prezidenti

Azad İbrahimov

Giriş sözlərimə 2002-ci ildə şirkətimizin əsasının qoyulmasından etibarən həyata keçirdiyimiz layihələrdə əldə etdiyimiz nailiyyətlər haqqında məlumat verməklə başlamaq istərdim. İlkin olaraq yalnız tikinti sahəsində fəaliyyətə başlasaq da, “tam təchizatlı obyekt” layihələrini həyata keçirmək məqsədi ilə beton məhsullarının, “PVC” pəncərə və qapıların, aluminium üzlüklərin, aksesuarların hazırlanması, o cümlədən texniki və təmir xidmətlərini də öz fəaliyyət sferamıza daxil etmişik.

Daxili bazarda əldə edilən nailiyyətlərdən sonra və xaricdə tikinti işlərinə olan ehtiyacı nəzərə almaqla şirkətimiz Rusiya Federasiyası və Liviyada dövlət və özəl sektorların elan etdiyi tenderlərdə iştirak etməklə beynəlxalq bazarlara çıxış əldə etmisdir. 2005-ci ildə şirkətimiz Keyfiyyətin Idarə edilməsi üzrə ISO 9001:2000 və 2007-ci ildə OHSAS 18001 beynəlxalq sertifikatların əldə etmişdir.

ANT Şirkətlər Qrupu – bu sektorda həmişə aparıcı rola malik olan, layihələri müvəffəqiyyətli həyata keçirən və daim inkişaf edən şirkətlər qrupudur. Biz müştərilərimiz üçün üstün dəyərlər təmin etmisik, əldə etdiyimiz nailiyyətlərdə öz ölkəmizin insanlarının rolunu hec vaxt danmamışıq və həm milli, həm də beynəlxalq səviyyədə hörmət edilən şirkət profilini yaratmağa müvaffiq olmuşuq .

Heç vaxt inkisafdan və artan risklərdən çəkinməmişik və hər zaman risklərin idarə edilməsi üzrə peşəkar sistemin yaradılmasına cəhd etmişik . Biz inanırıq ki, müştərilərimizin, biznes sahəsindəki yerli və beynəlxalq partnyorlarımızın və öz iş həyatlarında “ANT Şirkətinin bir parçası olmaq” prinsipini qəbul edən 4,000-dən artıq işçimizin dəstəyi ilə gücümüzə güc qatacağıq.