ANT İnşaat Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Göstərdiyimiz xidmətlərin keyfiyyəti, etibarlı tikinti şirkəti adı, bazarda liderlər sferasına yüksəlməyə imkan vermişdir.
ANT Group iş həcmini planlı formada artıraraq, lisenziya sənədlərinin hazırlanmasından obyektin istismara verilməsinə kimi bütün tikinti-montaj işlərini həyata keçirir. Şirkətin mütəxəssisləri kiçik tikintidən tutmuş çoxfunksiyalı komplekslərin inşasında təcrübəyə malikdirlər. Şirkət tikinti işləri üçün bütün lazımi lisenziyalara malikdir.