PRESS MƏRKƏZ | 04.09.2008 "ANT İnşaat" "Brand Award Azerbaijan" mükafatında iştirak etmək üçün iki brendini təqdim etmişdir
ANT İnşaat-ın idarə heyətinin sədri Azad İbrahimovun "Brand Award Azerbaijan" mükafatının təşkilat komitəsinə verdiyi xəbərə görə, şirkətin bu mükafatda iştirak etməsinin məqsədi «ANT  İnşaat»-ın korporativ imicinin möhkəmləndirilməsi və onun daha geniş miqyasda tanınmasıdır.

A.İbrahimov qeyd etdi ki, 2002-ci ilin mart ayında fəaliyyətə başlamış «ANT  İnşaat» yeni komfortlu yaşayış binaları tikir. O, vurğuladı ki, «bütün binalar ekoloji cəhətdən təmiz ərazilərdə tikilir, mərkəzləşdirilmiş isitmə sistemi, peyk antennaları, mühafizə sistemi ilə təmin edilmişdir".

Şirkət başçısı qeyd etdi ki, «ANT  İnşaat» uzunömürlü və müasir komplekslər tikir ki, bunlardan da biri "Brand Award Azerbaijan" mükafatına təqdim olunmuş «Ziq-Zaq kompleksi»dir.

Son proyektlər