PRESS MƏRKƏZ | 29.05.2009 Prezident İlham Əliyev Bakı İstintaq Təcridxanasında yaradılan şəraitlə tanış olub

Zabrat qəsəbəsində yeni inşa olunan Bakı İstintaq Təcridxanası beynəlxalq təşkilatların tövsiyələrinə əsasən qabaqcıl dövlətlərin təcrübəsindən bəhrələnərək tikilib. Prezident İlham Əliyev Bakı İstintaq Təcridxanasında yaradılan şəraitlə tanış olub.

Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına məlumat verib. Bakı İstintaq Təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq otaqlarından, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpusdan ibarətdir.

Burada saxlanma limiti 2500 nəfərdir. Təcridxanada Azərbaycanda ilk dəfə şəxsiyyətin tanınması otağı var ki, xüsusi şüşədən hazırlanan arakəsmə və avadanlıqlarla təchiz edilib. Burada görüş üçün kabinetlər, hər cür məişət şəraiti olan otaqlar və uzunmüddətli görüşlər üçün mətbəx otağı yerləşir.

 

Təsərrüfat və məişət xidməti işlərində çalışan məhkumlar üçün nəzərdə tutulan korpusda böyük ictimai təhlükə törətməyən və ilk dəfə məhkum olunan şəxslər qalaraq təsərrüfatda çalışırlar. Burdakı kitabxana zəruri ədəbiyyatla təchiz olunub, oxu zalı və kompüter otağı yaradılıb. Bundan əlavə korpusda dini ibadət üçün otaq da var.

Son proyektlər